“Çocuklar duymasın”ın aktyoru vəfat etdi - foto

“Çocuklar duymasın”ın aktyoru vəfat etdi - foto
16124 dəfə oxunub
  • A-
  • A
  • A+

Vaxtilə “Çocuklar duymasın” serialında Dursun obrazını canlandıran aktyor Ercüment Balakoğlu vəfat edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə sənətçi Onur Akay İnstaqram hesabında məlumat verib.

O, 84 yaşlı aktyorun ötən il tutulduğu dil xərçənginə qalib gələ bilmədiyini bildirib.

Qeyd edək ki, ötən ilin yayında E.Balakoğluna dil xərçəngi diaqnozu qoyulub. O, dilində çıxan yaralar səbəbindən əməliyyat olunaub və kimyəvi terapiyaya başlayıb.
 
Müalicəsini xəstəxanada davam etdirən Balakoğlu dərmanlar səbəbindən yaddaşsızlıq problemi də yaşayıb.