Alişandan sürpriz evlilik təklifi - video

Alişandan sürpriz evlilik təklifi - video
2601 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Buse Varolla ailə qurmağa hazırlaşan müğənni Alişan ona sürpriz evlilik təklifi edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı sevgilisini hazırda rol aldığı "Abdülhamid" serialının çəkiliş meydançasında ziyrət edib.

O, Busenin gözləmədiyi halda, meydançaya daxil olub və əlində üzüklə diz çökərək "Mənimlə evlənərsən?" deyə soruşub.

Aktrisa Alişanın bu hərəkətindən şok olub və onu qucaqlayaraq razılığını bildirib.

Qeyd edək ki, Buse ilə Alişan “Dostlar mahellesi” serialında tanış olub və sevgi münasibətinə başlayıblar. Cütlük mayın 6-da nikah masasına oturmağı düşünür.