Rusiyanın məşhur dirijoru Bakıya gələcək

Rusiyanın məşhur dirijoru Bakıya gələcək
310 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il aprelin 14-də Heydər Əliyev Sarayında Rusiyanın tanınmış dirijoru İqor Ponomarenkonun rəhbərliyi altında simfonik orkestrin konserti baş tutacaq.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, "Simfonik Rok Hitlər" şousunun proqramına müasir yüksək səviyyəli peşəkar musiqiçilərin rok ifaları daxildir: skripkaların bolluğu, altların sərt səsləri, violançelin şarmı, kontrabasın gücü və barabanların rok-n-roll drayvı.

İ.Ponomarenkonun "IP orchestra" layihəsi yalnız Rusiyada deyil, həm də yaxın və uzaq xarici ölkələrdə də brenddir. Kollektiv 5 qitədə, dünyanın ən yaxşı səhnələrində çıxış edib, tənqidçilər və tamaşaçılardan tərif qazanıb. Orkestrin dirijoru və yaradıcısı olan İ.Ponomarenko klassik musiqi dünyasında tanınan simadır.