“Spellbound” Bakıya gəlir

“Spellbound” Bakıya gəlir
989 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış italyan balet truppası olan “Spellbound” çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, “Bir axşam Spellboundla” adlı gecə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində reallaşacaq.

Qeyd edək ki, 1994-cü ildə tanınmış italiyan xoreoqraf Mauro Astolfi tərəfindən yaradılan “Spellbound” mütəmadi olaraq bir çox milli və beynəlxalq balet festivallarında uğurla çıxış edir.