Fransa kanalında Azərbaycanla bağlı video yayımlanıb

Fransa kanalında Azərbaycanla bağlı video yayımlanıb
1202 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanla bağlı hazırlanan növbəti videoçarx Fransanın “Mezzo” telekanalında yayımlanıb.

Axşam.az-ın məlumatına görə, bu gündən yayımlanmağa başlayan çarxda ölkəmizin memarlığı, təbiəti və mətbəxinin zənginliyi əks olunub. Videoçarxda dünya şöhrətli bəstəkar Fikrət Əmirovun məşhur “Azərbaycan kapriççiosu” əsərinin musiqisindən istifadə olunub.

Görüntünün təsviri Bakıdan, gecə vaxtı işıqları sayrışan Alov qüllələrindən başlayaraq, Qəbələ musiqi festivalının açıq hava səhnəsində orkestrin ifası ilə davam edib.

Qeyd edək ki, “Mezzo” televiziya kanalı 1992-ci ildən yayımlanır. Telekanal klassik musiqi, caz, musiqili folklora xüsusi yer verilir. Kanal əsasən konsertlər, festivallar zamanı canlı yayımda lentə alınmış musiqi proqramlarını nümayiş etdirir. Yayım şəbəkəsinə konsert, opera və balet tamaşalarının canlı yayımı, eləcə də musiqi və ifaçılar haqqında sənədli filmlər daxildir.