Gözəlləşmək istədi, gözlərindən oldu - Fotolar

Gözəlləşmək istədi, gözlərindən oldu -  Fotolar
3229 dəfə oxunub
  • A-
  • A
  • A+
Argentinalı model Nadinne Bruna gözəlləşmək uğruna gözlərindən olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, gözlərini yaşıl etmək üçün əməliyyata girən model gözləmədiyi dəhşətlə üzləşib. Əməliyyatdan sonra Nadinnenin sağ gözündə 80%, sol gözündə isə 50% görmə qabiliyyəti itib. 32 yaşlı Bruna ala gözlərini Kolumbiyada əməliyyat etdirib. Əməliyyat ona 3 min dollara başa gəlib. Hazırda Bruna müalicə olunmaq üçün Mayamiyə yola düşüb.

Gözündəki silikonlar çıxarılsa da, sinirlər zədələndiyindən Nadinne bundan sonra görmə problemi ilə yaşayacaq.