Bu kokteyl min bir dərdin dərmanıdır

Bu kokteyl min bir dərdin dərmanıdır
2766 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az xarici KİV-ə istinadən bananla darçının birgə qaynadılmış suyunun faydaları haqda məlumat verir:

Orqanizmə çox xeyri olan bu qarışıq üçün yetişmiş, yumşaq, qaralmış bananlar götürülür.

2 ədəd bananı dairəvi doğrayırsınız. Qazanda 1 litr su 2 darçın çubuğu ilə birgə qaynadılır. Qaynara düşəndə bananlar əlavə olunur və bir burum qaynadılır. Soyudulur və yuxudan 1 saat öncə içilir.

Banan-darçın kokteylinin faydaları:

-Qanı artırır;

-Yuxunu normallaşdırır;

-Qadın kişi hormonlarını düzənləyir;

-Sonsuzluqla mübarizə aparır;

-Əsəb sistemini sakitləşdirir;

-Ürəyi rahatladır;

- Meningit, Parkinson, şiş xəstəliklərinə qarşıdır;

-Qanda şəkəri salır.