Yeni görünüşü ilə Beyonsa bənzədildi, eşitmədiyi qalmadı - Foto

Yeni görünüşü ilə Beyonsa bənzədildi, eşitmədiyi qalmadı - Foto
12242 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədova sosial şəbəkədə yeni imicdə fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, dərisini qaraldıb saçlarını buran prodüserin yeni görünüşü izləyicilər tərəfindən bəyənilməyib. “Əslində belə selfiləri heç sevmirəm. Amma bir dəfə də biri məndə olsun. Sizcə, yaraşdımı?” deyə istifadəçilərə müraciət edən Təranə gözləmədiyi cavablarla üzləşib. Belə ki, İnstaqram izləyiciləri Təranənin müğənni Beyonsa bənzədiyini, ancaq ona bu yeni görünüşün yaraşmadığını, çox pis göründüyünü yazıblar. Onların arasında Səmədovanı braziliyalılara oxşadanlar da olub.

Qeyd edək ki, bir müddət əvvəl Təranə şou-biznesdən getdiyini, özünə yeni biznes qurduğunu açıqlamışdı.