Murad və Hande ilk dəfə əl-ələ - Foto

Murad və Hande ilk dəfə əl-ələ - Foto
3204 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Murad Dalkılıçla sevgilisi, aktrisa Hande Erçel Kadıköy istiqamətində, restoranlardan birindən çıxarkən görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət birlikdə olmalarını gizli saxlayan cütlük ilk dəfə kameralar qarşısında əl-ələ poz verib.

Jurnalistlərin suallarını da cavablayan Murad Amerikada keçirilən "Coachella" Musiqi və Sənət Festivalında 100 min xərcləməsi ilə bağlı suala gülərək münasibət bildirib.

Dalkılıç "5 ilə ata olmaq istədiyinizi demişdiniz, hələ də bu fikirdəsiniz" sualına isə əsəbiləşərək cavab verməyib və maşınına minərək sevgilisi ilə birgə ərazidən uzaqlaşıb.