Səməd keçmiş arvadından üzr istədi - Cavan oğlanla qaçdığını demişdi

Səməd keçmiş arvadından üzr istədi -  Cavan oğlanla qaçdığını demişdi
4528 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Axşam.az xəbər verir ki, proqramın aparıcılarından Afət Rahilqızının S.Səmədova verdiyi sual, digər aparıcı Rövşanəylə arasında fikir ayrılığı yaradıb.

Belə ki, Səməd Səmədovdan keçmiş həyat yoldaşı haqqında dediyi fikirlərin səbəbini soruşan Afət Rövşanənin etirazı ilə qarşılaşıb.
 
S.Səmədov keçmiş həyat yoldaşı Zərifə xanımdan açıqlamalarına görə üzr istəyib:

“Bu mövzu bağlanıb. Düz hərəkət etmədim. Mənə yaraşmayan hərəkət etdim. O ailədən üzr istəyirəm. Kişiyə yaraşmaz ki, qadının arxasınca danışsın”.

Qeyd edək ki, keçmiş həyat yoldaşı Səmədin övladının yasına qırmızı pencəkdə gəldiyini demişdi. S.Səmədov isə xanımını onu və övladını ataraq, cavan oğlanla getməkdə ittiham etmişdi.