İzzət ənənəsini pozacaq

İzzət ənənəsini pozacaq
839 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırov 2014-cü illə bağlı yeni qərar alıb.

Axşam.az-ın məlumatına görə, hər il sevənlərinə üç-dörd klip təqdim edən sənətçi ənənəsini pozacaq.

Belə ki, müğənni “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinə açıqlamasında yeni ildə yaradıcılığına ara verəcəyini bildirib:

“Bu il üçün sonuncu klipimi təhvil verdim. Bundan sonra yaradıcılığıma fasilə verəcəyəm. 2014-cü ili yeni filmimə həsr edəcəyəm. Hər il dinləyicilərə ən az üç-dörd klip təhvil verirdim. Bu il isə uzağı bir kliplə kifayətlənəcəyəm. Kino üçün aktyor seçimləri başlayıb. Bir neçəsi bəllidir. Yaxın günlərdə çəkilişlərə start veriləcək”.