"Ürəyi zəif olanlar baxmasın" - Aytən Səfərova

"Ürəyi zəif olanlar baxmasın" -  Aytən Səfərova
6165 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Aytən Səfərovanın sosial şəbəkədə paylaşdığı foto tənqidlərə səbəb olub.

Axşam.az-ın məlumatına görə, aparıcı həşəratlardan hazırlanan Çin yeməyinin şəklini yayımlayıb və ondan dadıb.

Aytən şəklə “Yeyə bilərsinizmi? “XL şou” üçün Pekində yaşayan tamaşaçımızdan özümüz və qonaqlarımız üçün. Yaxın günlərdə görəcəyik kim 2 milyardlıq Çin xalqının yediyini dada biləcək. Ürəyi və mədəsi zəif olanlar baxmasın” sözlərini yazıb.

Səfərova ona yazılan tənqidlərə isə belə cavab verib:

“İstiotlu, duzlu kartof çipsi kimidir. Maraqlı qoxusu var. Elə bir kartof qızartmasıdır. Yeməmişəm, ay camaat. Sadəcə fotodur. Bunu görəndən sonra iki gündür heç nə yemirəm. Ancaq su içirəm”.