Barışdıqları təsdiqləndi - Öpüşdülər

Barışdıqları təsdiqləndi - Öpüşdülər
2927 dəfə oxunub
  • A-
  • A
  • A+

Reper "The Weeknd" ilə model Bella Hadid yenidən birlikdədir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük hazırda Fransada keçirilən Kann kino festivalında görüntülənib.

Gecə boyu bir-birilərindən ayrılmayan "The Weeknd" və Bella ətrafdakılardan çəkinməyərək öpüşüblər.

Xatırladaq ki, sevgililər Koaçella festivalına da birlikdə getmişdi. Lakin onları bərabər çəkmək mümkün olmamışdı.

Qeyd edək ki, "The Weeknd"lə Bella 2016-cı ildə sevgili olub. Daha sonra Hadiddən ayrılan reper müğənni Selena Qomezlə eşq yaşayıb.