60 yaşlı aktyor beşinci dəfə ata olub

60 yaşlı aktyor beşinci dəfə ata olub
1460 dəfə oxunub
  • A-
  • A
  • A+

60 yaşlı aktyor Alek Bolduina beşinci dəfə ata olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onun 34 yaşlı xanımı Hilari dördüncü uşağını dünyaya gətirib. Cütlüyün oğlu doğulub. Xoşbəxt ana bu haqda sosial şəbəkədə yazıb.

Cütlüyün 4 yaşlı Karmen adlı qızı, 2 yaşlı Rafael və Tomas adlı oğulları, 1 yaşlı Leonardo adlı daha bir oğlu var.

Qeyd edək ki, Alekin Kim Beysinqerlə münasibətindən dünyaya gələn 22 yaşlı Ayrlənd adlı qız övladı da var. Beşinci dəfə atalıq hissini yaşayan aktyor çox xoşbəxt olduğunu bildirib.