Kosmetoloq azərbaycanlı müğənnini bu hala qoyub - Video

Kosmetoloq azərbaycanlı müğənnini bu hala qoyub -  Video
6225 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Cəmilə və Zeynəb Dostəliyeva “Bizimləsən” verilişində Arzu adlı kosmetoloqdan şikayət ediblər.

Axşam.az-ın məlumatına görə, Cəmilə bildirib ki, 3 il efirdən uzaq qalmasına səbəb kosmetoloq olub. O, kosmetoloqun onun üzünə səhv müalicə etdiyini və onu pis günə qoyduğunu söyləyib:

“51 yaşım var. Üç il bundan əvvəl kosmetoloqa getdim. Məni elə hala saldı ki, efirdən qaçdım, çıxa bilmirdim. Dodaqlarım, alnım, yanaqlarım şişdi. Hamlet adlı prodüser aparırdı bütün müğənniləri ora. Nisə Qasımova, Flora Kərimova da onun yanına getmişdi. Gel əvəzinə sintetik vurub dodağıma. Dodağımı əməliyyat etdirdim, neçə ay yerdə yatdım. Nə qədər sintetik çıxardılar bilirsiz? Dodaq hər gün şişib, göyərirdi. Nizami metrostansiyasının yanında işləyir. Onun öz üzü nə gündədir. Soruşdum ki, niyə beləsiz? Dedi, anadangəlmə beləyəm. Sintetika şişib xərçəngə çevrilə bilərdi. Məni aha sonra həkim yığıb, normal hala gətirdi. Alnımı çərtib maddəni çıxardılar”.

Z.Dostəliyeva da kosmetoloqun yanına gedib, sonra qaçdığını söyləyib:

“Məni də aparmışdı. Onun üzünü görəndə qorxub qaçdım. Çünki onun öz üzü pis gündədir”.

Kosmetoloq Arzu efirə zəng edərək bunları söyləyib:

“Əgər orqanizmdə gel varsa, sintetika vurmaq olmazdı. Cəmilədə isə onlar olmuşdu. Ona görə elə alınıb”.