Adı Rusiyanın Qızıl Fonduna düşən azərbaycanlı ifaçı konsert verdi

Adı Rusiyanın Qızıl Fonduna düşən azərbaycanlı ifaçı konsert verdi
1606 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət İncəsənət Muzeyində M. Rastrapoviç adına 21 nömrəli musiqi məktəbinin şagirdlərinin konserti keçirilib.

Axşam.az xəbər verir ki, konsertdən öncə məktəbin direktoru, əməkdar artist Rafiq Əzizov çıxış edib.

Tədbir beynəlxalq müsabiqədə qran-pri mükafatçısı olan 5-ci sinif şagirdi Ağarəhim Quliyevin çıxışı ilə başlayıb. İfaçılar arasında çoxsaylı beynəlxalq müsabiqələrin laureatı, gənc vokalist, skripkaçı Əli Muradov da olub. O, Moskvada keçirilən "İstedadlar planeti" müsabiqəsində "Akademik vokal" və "Skripka. Sol ifa" nominasiyaları üzrə qran-pri və Novosibirskdə müsabiqədə 2 nominasiya üzrə qalib gəlib. Konsertdə Əli T. Albinoninin "Adajio" və "Parlami D’Amore" musiqilərini ifa edib.

Qeyd edək ki, Əli Muradov beynəlxalq müsabiqələr və “Qran-pri” mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilmiş beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Vokal və skripka ifaçısı Əli Muradovun adı indiyədək qalib olduğu beynəlxalq müsabiqələrə görə Rusiyada “Qızıl Fond”a daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.