“Forbes” jurnalı növbəti dəfə Rusiya milyarderlərinin ən zəngin varislərinin reytinqini dərc edib.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, sərvəti bir neçə milyard dollardan az olmayan 20 ailə daxil edilib.

Ötən il olduğu kimi, bu il də siyahıya yenə “LUKOIL” şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov başçılıq edib, onun payına 8,9 milyard dollar düşür.

Yusif Ələkbərov 1990-cı ildə anadan olub, 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına neft və qaz RDU-nu bitirib.



İkinci sırada “Novatek” və “Sibur” şirkətlərinin əsas səhmdarı Leonid Mixelsonun övladları qərarlaşıb. Onun 16 yaşlı qızı Viktoriya və 3 yaşlı (adı açıqlanmır) oğlu 8,9 milyard dollar sərvətə malikdirlər.



İlk üçlüyü “EuroChem” şirkətinin sahibi Andrey Melniçenkonun qızı və oğlu bağlayıb. “Forbes” versiyasına görə, 6 yaşlı Taranın və 1 yaşlı Adrianın sərvəti 7,3 milyard dollar təşkil edir.



                 

Digər Xəbərlər