Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub

Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub
343 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç yazıçısı Fridrix Dürrenmattın “Fiziklər” komediyası əsasında hazırlanmış “Dəlixanada qətl” tamaşasının premyerası keçirilib.

Axşam.az-ın məlumatına görə, səhnə əsəri mərhum alim Lütfi Zadənin xatirəsinə həsr olunub. Əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Aygün Fətullayeva və başqaları canlandırıb.

Tamaşanı rus dilindən Dilsuz Mustafayev tərcümə edib. İkipərdəli səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı isə İradə Muradovadır.