Xalq artistinin xatirəsi anılacaq

Xalq artistinin xatirəsi anılacaq
771 dəfə oxunub
  • A-
  • A
  • A+
İyunun 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Sofa Bəsirzadənin 100 illiyi münasibətilə anım mərasimi keçiriləcək.

Teatrın mətbuat xidmətində Axşam.az-a verilən məlumata görə, mərasim Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Tədbirdə xalq artistinin milli teatr və kinonun inkişafındakı xidmətlərindən danışılacaq və aktrisanın rol aldığı səhnə, ekran əsərləri əsasında fotosərgi nümayiş olunacaq. Sənət dostları Sofa Bəsirzadə haqqında xatirələrini bölüşəcəklər. Sonda isə aktrisanın xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası nümayiş etdiriləcək.

Qeyd edək ki, Sofa Bəsirzadə 2000-ci il yanvarın 4-də Bakıda vəfat edib.