Nəzakət Teymurova bunu ilk dəfə edəcək - Fotolar

Nəzakət Teymurova bunu ilk dəfə edəcək - Fotolar
2602 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nəzakət Teymurova Yaşıl Teatrda baş tutacaq konserti haqda açıqlama verib.

Axşam.az xəbər verir ki, bununla bağlı mətbuat konfransı keçirən sənətçi bir çox məqamlara toxunub:

“Milli estradaya üstünlük verəcəyik. Rəşid Behbudov, Yalçın Rzazadə, İlhamə Quliyevanın repertuarından mahnılar ifa edəcəyəm.  İlk dəfədir ki, xanəndə bu mahnıları səsləndirəcək. İstədik ki, bəstələri gənc nəslə yenidən çatdıraq. Elə gözəl əsərlərimiz var ki, onlar bizim qan və can yaddaşımızdadır. Hazırda gərgin məşqlər gedir. Dünən günorta saat 3 də başlayan məşqlərimiz gecə 1-in yarısı bitib. Bilirsiniz, sənətkar daima öz işi ilə məşğul olmalıdır. Hər zaman ətrafımdakı insanlara, musiqiçilərə görə özümü xoşbəxt sənətkar saymışam”.

Qeyd edək ki, konsert iyunun 20-də keçiriləcək.