Qadın mənzilinə çıxmaq üçün nazirliyi köməyə çağırdı - Bakıda hadisə

Qadın mənzilinə çıxmaq üçün nazirliyi köməyə çağırdı -  Bakıda hadisə
7787 dəfə oxunub
  • A-
  • A
  • A+

Fövqəladə Hallar Nazirliyi (FHN) problemlə üzləşmiş artıq çəkili şəxsə yardım edib.

Axşam.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib.

Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırıblar. Əməliyyat başa çatıb.