"O qədər xoşbəxtəm ki, keçmiş ərimin adını belə xatırlamıram" - Günay

"O qədər xoşbəxtəm ki, keçmiş ərimin adını belə xatırlamıram" -  Günay
6022 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Günay Musayeva “Sabah” qəzetinə maraqlı açıqlamalar verib.

Axşam.az məlumat verir ki, model Türkiyədə baş tutacaq prezident seçkiləri və şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:

“Türkiyədəki seçkilər məndə festival hissi oyandırır. Küçələrdə bayraqlar asılır, mahnılar səslənir. Bunları ilk görəndə təəccüblənmişdim və xoşuma gəlmişdi. Seçki zamanı demokratiyanın əsas amil olduğunu bilirdim. Namizədlərin çox güclü olduğu, partiyaların peşəkar formada hazırlaşdığını görürdüm. Hazırki prezident güclü liderliyi ilə seçicilərə təsir edir. Azərbaycanlılar və türklər həmişə qardaşdılar. Əminəm ki, bizim də səsvermə haqqımız olsa, çoxumuz Rəcəb Tayyib Ərdoğanı seçərdik”.
 
Günay şəxsi həyatında hər şeyin qaydasında olduğunu qeyd edib:

“Daha əvvəl yaşamadığım duyğuları yaşayıram. Buna bir ad qoymaq istəmirəm, əslində nə demək lazımdır onu da bilmirəm. Deyəsən, əvvəllər belə hisslər yaşamadığım üçün duyğularımın adını qoya bilmirəm”.

Oğlu Cahangirdən danışan model onun çox yaradıcı olduğunu bildirb:

“Cahangir həyatımın ayrılmaz parçasıdır, güc aldığım nöqtədir. Aramızda bir-birimizi baxışlarımızdan anlaya biləcək qədər incə bir bağ var. Ən çox diqqət və zamanı həmişə ona ayırıram. Cahangirdə sanki yaşından böyük sevgi və diqqət var, yaradıcıdır. Türk, azəri, rus, ingilis dillərində danışa bilir. Oğlum tək deyil. Atasının yoxluğunu hələ ki, hiss etmir, heç kimə də ehtiyacı yoxdur”.

Keçmiş həyat yoldaşı, aktyor Tolqa Kareldən isə Günay ümumiyyətlə danışmaq istəməyib:

“O qədər xoşbəxtəm ki, adını belə xatırlamadığım biri haqqından danışmayacam”.