Murad evlilik xəbərlərini yalanladı

Murad evlilik xəbərlərini yalanladı
2277 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Murad Dalkılıç aktrisa Hande Erçellə eşq yaşayır.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, bir neçə gün əvvəl müğənninin evlilik haqda müsahibə verdiyi və ailə quracağı haqda xəbərlər yayılmışdı. Xəbərlərin yalan olduğunu deyən ifaçı belə bir müsahibə vermədiyini açıqlayıb. Murat bir müddət əvvəl də keçmiş həyat yoldaşı Merve Boluğurla boşanma xəbərləri ilə gündəmə gəlmişdi.

Qeyd edək ki, müğənni Hande Erçellə ötən ilin dekabr ayından sevgilidir.