Azərbaycanlı aktyor qolunu sındırdı - Foto

Azərbaycanlı aktyor qolunu sındırdı -  Foto
2658 dəfə oxunub
  • A-
  • A
  • A+

“Vicdan Haqqı” serialının qəhrəmanlarından olan İbrahim Çingizin başına iş gəlib.

Axşam.az-ın məlumatına görə, istirahətə gedən aktyor qolunu sındırıb. İbrahim bu haqda özü xəbər verib.

O, fotosunu paylaşaraq "Guya istirahətə gəlmişdim. Bəzilərinin gözü çıxsın" sözlərini yazıb. 

Qeyd edək ki, İbrahim serialda Vüsal obrazını canlandırırdı. Aktyorluqla yanaşı repçi kimi də fəaliyyət göstərən İ.Çingiz əməkdar artist Çingiz Əhmədovun oğludur.