Sərxoş model beşinci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır

Sərxoş model beşinci mərtəbədən yıxıldı -  Vəziyyəti ağırdır
2062 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Aleksandra Sabuncu istirahət üçün ABŞ-dan İstanbula gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət Floridada yaşayan türk əsilli modelin başına xoşagəlməz iş gəlib. Dostları ilə Taksimdə görüşən Sabuncu daha sonra onlardan birinin evinə yollanıb.

İddiaya görə model əvvəlcə şam yeməyi yeyib, daha sonra isə pəncərənin yanına gəlib. Huşunu itirən qız beşinci mərtəbədən yerə düşüb. Aleksandranın yıxıldığını görməyən dostları evdə bir müddət onu axtarıblar. Açıq pəncərəyə yaxınlaşan qızlar rəfiqələrinin yerdə qan içində olduğunu görüblər.

Reanimatsiyaya yerləşdirilən Sabuncunun sərxoş olduğu ortaya çıxıb. Polis hazırda komada olan modelin narkotik maddə istifadə edib-etməməsini araşdırır.