Aslı Ənvər məhkəmədə qalib gəldi

Aslı Ənvər məhkəmədə qalib gəldi
2131 dəfə oxunub
  • A-
  • A
  • A+

2016-cı ildə "Show TV"də yayımlanan "Kış Güneşi" serialında rol alan Aslı Ənvər ekran işinin xaricdəki gəlirindən pay ala bilməyib və məhkəməyə müraciət edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa "Endemol Medya" şirkətindən payına düşən 32 min 533 lirəni (təxminən 15 min manat) məhkəmə yolu almağa çalışıb.

Şirkətlə bağlı aparılan araşdırma nəticəsində Aslının haqlı olduğu ortaya çıxıb. Məhkəmənin qərarına əsasən şirkət aktrisanın haqqını ödəməlidir.

Qarşı tərəf isə iddiaları rəd edib. Məhkəmə bəzi sənədlərin əskik olması səbəbindən başqa vaxta təyin edilib.