Ceceli bu dəfə İntizara görə məhkəməyə getdi

Ceceli bu dəfə İntizara görə məhkəməyə getdi
2843 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş həyat yoldaşı Sinem Gedik ilə İntizar arasındakı münasibətə görə uşağını anasından almaq üçün məhkəməyə müraciət edən Mustafa Cecelidən yeni xəbər var. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni İntizarın açıqlamasından sonra yenidən məhkəməyə müraciət edib. O, İntizardan qorunma tələbi irəli sürüb.

Müğənnini haqlı bilən İstanbul Ailə Məhkəməsi İntizarın 2 ay müddətində Mustafaya yaxınlaşmasına, vasitəçilərlə olsa belə onu narahat etməsinə, təhqir, təhdid dolu açıqlamalar verməməsinə qərar verib.

İstanbul 9 Ailə Məhkəməsi Mustafa Ceceli ilə Sinem Gedikin 7 yaşındakı oğlu Arın Cecelinin mənfəətinin qorunması üçün Sülh Hüquq Məhkəməsinə müraciət edərək, uşağa qəyyumluq tələbini irəli sürüb.