“Maşın” şounun final gecəsində yaşananlar - Fotolar

“Maşın” şounun final gecəsində yaşananlar - Fotolar
4381 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan şoumen Murad Dadaşovun "Möhtəşəm maşın" realiti-şousunun final gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, yarışmanın qalibi dicey Çina olub. Final dekabrın 31-i Həmrəylik Günü və Yeni ildə reallaşıb.

Verilişə şounun iştirakçısı olan digər məşhurlar da qatılıb. Yarışmanı ilk tərk edən müğənni Çingiz Mustafayev olduğu üçün sponsorlardan biri ona mobil telefon hədiyyə edib. Verilişin qalibi seçilən dicey Çina isə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunu məğlub edərək maşının sahibi olub. Hüseynin maşından necə əlini çəkməsi haqda video nümayiş etdirilib və klarnet ifaçısı söyləyib ki, Çina gəncdir və onun evlənməyə, maşına daha çox ehtiyacı var.

Verilişin sonunda müğənni Səbinə Babayeva öz mahnısı ilə qalibi və tamaşaçıları təbrik edib və bununla da “Maşın” şou sona çatıb.