Ebrunu yeni il axşamı polisə çağırdılar

Ebrunu yeni il axşamı polisə çağırdılar
2355 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Ebru Gündəş Yeni il gecəsi xoşagəlməz hadisə ilə qarşılaşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, dekabrın 31-də vəkili Şeyda Yıldırım, böyük qardaşı Çingiz Qumardaşlıoğluyla birgə İstanbul Təhlükəsizlik Müdirliyinə çağırılıb və “sui-istifadə və rüşvət” istintaqı çərçivəsində ifadəsi alınıb.
 
Təxminən 2 saat ərzində orada qalan Ebrunun daha sonra böyük qardaşı sorğuya çəkilib. O, saat 23:40-da təhlükəsizlik idarəsindən buraxılıb. Gündəşin rüşvət verməkdə ittiham olunaraq həbs edilən həyat yoldaşı Rza Zərrabla telefon danışıqları haqda sorğu-suala çəkildiyi söylənilir. Bayram günü həbsxanaya bir çox ziyarətçilər getsə də, onlar arasında Ebru Gündəş olmayıb.