Salma Hayek çimərlik görüntülərini yaymağa çəkinmədi

Salma Hayek çimərlik görüntülərini yaymağa çəkinmədi
1929 dəfə oxunub
  • A-
  • A
  • A+

51 yaşlı Salma Hayek "Bora-Bora adasına istirahətə yollanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı Fransua-Anri Pino aktrisanı tək qoymayıb.

Salma çimərlikdə çəkdirdiyi bikinili fotolarını İnstaqram səhifəsində paylaşıb. İzləyiciləri onun 51 yaşı olmasına baxmayaraq ideal bədən quruluşunu necə qoruması ilə bağlı suallar ünvanlayıblar.

Hayek "Bəzi insanların səhər idmanı üçün xüsusi hərəkətləri var. Mən isə bununla məşğul olmuram. Londonda yaşayan bir qadınla birlikdə məşq edirəm. Bu cür necə qalmağı mənə o öyrədir. Əzələlərim hər gün hərəkət etməlidir. Çünki hətta dişlərimizi belə fırçalayanda əzələ hərəkətinə ehtiyacımız olur. Əvvəlcə rahatlamaq lazımdır. Bədəninizin hərəkət etdirəcəyiniz hissəsini diqqətdə saxlayın. Çalışın idman hərəkətləri edərkən bir nöqtəyə işləyəsiniz" deyə, onlara cavab verib.