Kənan M.M. Türkiyənin məşhur serialına çəkilir

Kənan M.M. Türkiyənin məşhur serialına çəkilir
6422 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Kənan M.M. Türkiyənin "Savaşçı" serialında rol alacaq.

Axşam.az-ın məlumatına görə, o, bu haqda özü xəbər verib. Kənan bildirib ki, çəkilişlərə artıq başlayıb:

"Bu gün "Savaşçı" serialında ilk çəkiliş günümdür. Sol qolumda şanlı üçrəngli bayrağımız var və Azərbaycan zabitini canlandıracam. Dualarınıza ehtiyacım var. Burada neçə gün, neçə ay qalacağım bəlli deyil. Amma bir şey bəllidir ki, sizi və Vətənimizi təmsil edirəm. Burada olduğum vaxt ərzində Vətənim üçün, siz və ailəm üçün çox darıxacam.

Amma sevinirəm ki, bir-birinin qanını içən tanınmışların, mavilərin parlaq həyatını, biabırçı xəbərlərini görməyəcəm".

Kənan ekran işində yüzbaşı Bəxtiyar obrazını oynayacağını deyib. Serial Fox TV-də efirə gedir.

Qeyd edək ki, ekran işinin bu günə kimi 48  bölümü yayımlanıb. Ekran işində Bərk Oqtay, Sarp Leventoğlu, Yıldız Çağrı Atıksoy kimi aktyorlar rol alır.