"Sabahın xeyir, Azərbaycan"

"Sabahın xeyir, Azərbaycan"
3744 dəfə oxunub
  • A-
  • A
  • A+

İTV-nin yarandığı gündən yayımlanan "Yeni gün" verilişi bağlanıb. 

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Axşam.az-a verilən məlumata görə, telekanal sentyabrın 17-dən etibarən hər səhər “Sabahın xeyir, Azərbaycan” adlı üç saatlıq informativ, əyləncəli proqram ilə tamaşaçıların görüşündə olacaq.

Həftənin beş günü, səhər saat 06:50-dən 10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin olacaq.

Belə ki, verilişdə ictimai əhəmiyyət daşıyan aktual mövzular, sağlamlıq, hüquq, idman, mədəniyyət ilə bağlı maarifləndirici süjetlər üstünlük təşkil edəcək.

Bundan əlavə, Azərbaycanın bölgələrinə səyahət ediləcək, onların mədəni-sosial həyatına qısa baxış keçiriləcək. Səhər proqramında, İctimai Televiziyada başlayacaq yeni layihələrin təqdimatı, həmçinin gün ərzində yayımlanacaq proqramların anonsları da yer alacaq.