Əməkdar artist Manana Çaparizde İnstaqram hesabında yeni foto paylaşıb.

Axşam.az xəbər verir ki, şəkildə müğənninin övladları - qızı Elizabet, oğlu David və həyat yoldaşı yer alır.

Manana izləyiciləri ilə bölüşdüyü fotoya aşağıdakı şərhi yazıb:

"Allah bütün uşaqları sağlam və xoşbəxt eləsin. Elizabet beşinci sinfə keçdi. David isə böyüklər qrupunun uşaq bağçasına getdi. Allahın xeyir-duası ilə bütün uşaqlara xoşbəxt bir gələcək arzulayıram".



                 

Digər Xəbərlər