Sevil Nuriyevanın ərini öldürən şəxs həbs edildi

Sevil Nuriyevanın ərini öldürən şəxs həbs edildi
4216 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov Floryadakı ofisində qətlə yetirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, onu öldürən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Cinayətlə bağlı araşdırmalara başlanılıb və bəzi məqamlar məlum olub.

Keçmiş polis polkovniki və iş adamı Gözəl Dəmirov dünən axşam saatlarında Etimad İsmayılovla onun ofisində görüşüb. Aralarında maliyyə məsələləri ucbatından problem yaşanıb. Etimadla Dəmirovun söhbəti mübahisəyə çevrilib. Nəticədə Dəmirov İsmayılovu silahla başından və ürəyindən vurub. Başından 2, ürəyindən isə 1 güllə yarası alan E.İsmayılov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğludur.