"Azərbaycan xanımını həyasız, ağılsız..." - Nura Suri

"Azərbaycan xanımını həyasız, ağılsız..." -  Nura Suri
2934 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nura Suri bu dəfə rejissorlara səslənib.

Axşam.az-ın məlumatına görə, sənətçi ekran işlərində qadınları tənqid edənləri qınayıb:

“Serial və ya film çəkəndə, hətta komediya janrı olsa belə, diqqətli olun. Azərbaycan xanımını həyasız, ağılsız, hiyləgər yox, güclü, fədakar, mərhəmətli və saf göstərin. Millətimizə hörmət qoyun. Azərbaycan kişisini ağıllı, mərd, cəsarətli, mərhəmətli və səxavətli təsvir edin. Milləti alçaltmayın”.