Murad Arif 10 ildir çalışdığı "Lider"dən getdi

Murad Arif 10 ildir çalışdığı "Lider"dən getdi
991 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar-müğənni, aparıcı Murad Arif Lider TV ilə yollarını ayırıb.

Axşam.az xəbər verir ki, baku.ws-ə açıqlama verən M.Arif bir müddət heç bir televiziya kanalında görünməyəcəyini bildirib:

"Artıq 5-ci aydır ki, dövlət konsertləri istisna olmaqla, verilişlərdə aparıcı və ya qonaq qismində də görünmürəm. Söhbət yalnız "Lider"dən getmir. Ümumiyyətlə, qışa qədər televiziyalarda görünməyi sıfıra endirmək qərarındayam. Sadəcə olaraq, belə lazımdır. Detalları açıqlamayacağam. İnstaqram, Facebook səhifələrim və Youtube kanalımdan yeniliklər açıqlanacaq".

Xatırladaq ki, M.Arif Lider TV-də çalışdığı 10 il müddətdə "Solo", "Status" kimi verilişlərin aparıcısı olub.