Xəbər verdiyimiz kimi, aparıcı Ece Erken anası Nurhan Erkenle küsülüdür.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, Ecenin anası bir neçə gün əvvəl qızını “qara siyahı”ya atmışdı və bu sözləri demişdi:

“Ece ilə heç bir əlaqəsi yoxdur. Mən onu “qara siyahı”ya atmışam. Analar əsəbiləşəndə gözünə heç nə görünmür. Mən yorulmuşam. Onunla bir az da atası məşğul olsun”.

Bu gün aparıcı anasına sərt cavab verib və ikili arasındakı gərginlik böyüyüb:

“Kiminsə mənimlə məşğul olacağı yaşda deyiləmş. Vəziyyətim də yaxşıdır. Analar, atalar övladları ilə məşğul olmaz, onlarla maraqlana”.

Qeyd edək ki, Ece və anasının hansı səbəblə küsdüyü bilinmir.



                 

Digər Xəbərlər