Cem çəkiliş meydançasında ayağını qırdı

Cem çəkiliş meydançasında ayağını qırdı
2068 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Cem Özer rol aldığı “İstasyon” filminin çəkilişi zamanı yıxılıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, onun ayağı iki yerdən qırılıb. Hadisədən sonra aktyor xəstəxanaya yerləşdirilib. Cem açıqlamasında bu sözləri deyib:

“Film çəkilişi zamanı yıxılma səhnəsi çəkilirdi. Diqqətsiz davrandım. Ayağımda iki qırıq var. Çəkilişlərə davam etməyə çalışacam”.