Xalq artisti Faiq Ağayevlə müğənni Sevda Yahyayeva arasında qalmaqal yaşanmışdı.

Axşam.az-ın məlumatına görə, küsülülüyə səbəb Sevdanın "X maqazin" verilişində "Səhnəmizin meqastarı kimdir" sualına "Zamiq Hüseynov" cavabını verməsi olub.

Ağayev “Hər şey daxil” verilişində sevdanın dediklərinə əsəbiləşib və sərt reaksiya verib:

"Sevdanın müəllimi və münsifi olmuşam. Sevdaya görə “Yeni ulduz” zamanı Aygün Kazımovayla münasibətimin kəskin bir vaxtlarında qırğın etmişdim. Görünür Sevda ona verilən sualın məğzini anlamayıb.  Zamiq keyfiyyətli ifaçıdır, bilirəm ki, Sevdanın dostudur. Ancaq gəlin dostluğu sənətlə qatmayaq”.

Söz-söhbətin böyüdüyünü görən Sevda F.Ağayevə barışıq əli uzadıb. Yahyayeva xalq artistinin fotosunu paylaşaraq bunları yazıb:

“Hər dövrün “Meqa star”ı. Sizi çox sevirəm. Bunu hər yerdə özəlliklə vurğulayıram”.



                 

Digər Xəbərlər