Mehriban Xanlarova onu tənqid edənlərə cavab verdi: "Yaxşı eləmişəm"

Mehriban Xanlarova onu tənqid edənlərə cavab verdi: "Yaxşı eləmişəm"
5004 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Mehriban Xanlarova onu tənqid edənlərə cavab verib.

Axşam.az xəbər verir ki, aktrisa efirdə qeyri-adi heç nə eləmədiyini bildirib:

"Hər kəs bilir ki, mənim sənətim aktrisalıqdır. Əgər efirdəyəmsə, hər bir obrazı məharətlə yerinə yetirməliyəm. "Azəri Vandam" mənim qonağım idi. Ona hörmətsizlik olmasın deyə şpaqat açmaq istədim, halbuki, bu, məndə alınmadı, hamı gördü ki, mən sonadək şpaqat aça bilmədim. Sadəcə qonağıma hörmət əlaməti kimi onun hərəkətlərini təkrarladım. Mən bunu küçədə eləməmişəm. Bunu reklam eləməmişəm. Eləmişəm, özlüyümdə, yaxşı eləmişəm".

Qeyd edək ki, Xanlarovanın aparıcısı olduğu ARB TV-də yayımlanan "Canım sizə desin" verilişində biabırçı hal yaşanıb. Aktrisa proqramına sosial şəbəkədə "Azəri Vandam" kimi tanınan oğlanı qonaq edib.

Veriliş zamanı M.Xanlarova qonaqla birlikdə şou nümayiş etdirib. Həmin an onların nümayiş etdirdiyi hərəkətlər sosial şəbəkədə tənqid edilib. İzləyicilər aktrisanın hərəkətinin yaşına uyğun olmadığını yazıblar.