“Mahsun Kırmızıgül həmişə başıma sığal çəkir”

“Mahsun Kırmızıgül həmişə başıma sığal çəkir”
2874 dəfə oxunub
  • A-
  • A
  • A+

“Dünən çəkilişlərim başladı, çox sevinirəm. Bu gün də çəkilişdəyik. Düzünü desəm, yoruldum. Amma gözəl yorğunluqdur”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında mərhum əməkdar artist Xanım Qafarovanın qızı Gövhər bildirib.  O, Mahsun Kırmızıgülün rejissoru olduğu “Mucize 2” filmində rol almasından danışıb:

“Çox gözəl insanlarla tanış olmuşam. Mahsun Kırmızıgül məni çox istəyir, həmişə başıma sığal çəkir. Həyatımda ilk dəfə olaraq xarici ölkəyə gəlmişəm. Bir həftə çəkilişimiz davam edəcək”.