Müsabiqənin birincisi oldu, ürəyi getdi - Video+Fotolar

Müsabiqənin birincisi oldu, ürəyi getdi - Video+Fotolar
2390 dəfə oxunub
  • A-
  • A
  • A+

Myanmanın Yanqon şəhərində keçirilən "Miss Grand İnternational 2018" gözəllik yarışmasında gözlənilməz hadisə baş verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 gözəlin iştirak etdiyi müsabiqədə birinci yerə layiq görülən Paraqvaydan olan Klara Sosa səhnədə özündən gedib.

Belə ki, nəticələr elan olunmamışdan əvvəl həyəcandan Hindistan gözəli İndia Kaudharinin əllərindən tutan Klara daha sonra adını eşidib və sevincindən ürəyi gedərək yerə yıxılıb.

Aparıcıların və həmkarlarının köməyi ilə ayağa qaldırılan Sosanın başına tac taxılıb. O, göz yaşlarına hakim ola bilməyib.