Ərinin yanında dəfn ediləcək - Xalq artistinin vəsiyyəti

Ərinin yanında dəfn ediləcək -  Xalq artistinin vəsiyyəti
3361 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, hazırda mərhumun nəşi Təzəpir məscidinə aparılıb. Sabah isə saat 12:00-da A.Pənahova ilə vida mərasimi keçiriləcək.

Akademik Milli Dram Teatrında keçiriləcək mərasimdən sonra mərhum aktrisa "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək. Yaxınları bildirib ki, bu, aktrisanın öz vəsiyyətidir. O, həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn olunmasını istəyib.