“Yuventus” forma geyinən portuqaliyalı futbolçu Kriştiano Ronaldo özünə pişik alıb.Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Sfenks” (sphynx) cinsli pişiyə Alergia adını qoyub.
Tüksük pişiyinin şəklini futbolçunun sevgilisi Corcinia Rodrigez İnstaqram hesabında paylaşıb.
Məlumata görə, Ronaldo evdə 4 uşağı olduğu üçün tüksüz pişik almaq qərarına gəlib. O, heyvan üçün 2 min 600 funt sterlinq (təxminən 5800 AZN) pul ödəyib.