Ülviyyə Rəhmanova üçün əlamətdar gün - fotolar

Ülviyyə Rəhmanova üçün əlamətdar gün - fotolar
6601 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün “Nərgiz” dərgisinin baş redaktoru Ülviyyə Rəhmanovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, Ülviyyə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın qızıdır.

Müsahibələrinin birində parlaq gələcəyə inandığını deyən Ü. Mahmudova tək kumirinin anası olduğunu bildirib. Hər zaman ailə ənənlərinə sadiq qalan və onları sevən baş redaktor həyatda tək hədiyyəsini Allahdan aldığını deyib. O, övladının onun üçün ən dəyərli hədiyyə olduğunu vurğulayıb. Ü. Rəhmanova istənilən vəziyyətdə xoşbəxt olmaq və həyatın kiçik sevinclərini dəyərləndirməyə çalışır:

“Hər zaman möcüzələrə inanmağa can atıram”.

Yeddi yaşından xaricdə yaşayan Ü. Rəhmanova sonradan Bakıya köçüb. O, hazırda “Nərgiz” dərgisinin baş redaktorudur.

Axşam.az kollektivi Ülviyyə Rəhmanovanı təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.