Xəbər verdiyimiz kimi, Acun Ilıcalı və Şeyma Subaşı ani verilən qərarla boşanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ikili boşandıqdan sonra heç bir açıqlama verməsə də onlar haqda bir çox iddialar yayılıb.

Subaşının son videosu isə ağıllara evliliyin xəyanət səbəbi ilə bitdiyini gətirib. Belə ki, Şeymanın Dubayda gecə klublarından birində çəkilən görüntüləri yayılıb.

Xeyli tənqidə məruz qalan Subaşı İnstaqram hesabının hekayə hissəsində foto paylaşıb və “Məni rahat buraxın” sözlərini yazıb.

Qeyd edək ki, Acun və Şeyma ötən il ailə qurub. Cütlüyün bu evlilikdən Melisa adlı bir qızı var.



                 

Digər Xəbərlər