"Onda gərək Aygün Kazımova səhnədən gedərdi" - Tolikdən Rozaya sərt sözlər

"Onda gərək Aygün Kazımova səhnədən gedərdi" -  Tolikdən Rozaya sərt sözlər
3023 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənni Roza Zərgərlinin ünvanına tənqidi fikirlər səsləndirib.

Axşam.az-ın məlumatına görə, prodüser "Hər şey daxil" verilişində ifaçının "Altın kelebek" mükafatlandırma mərasiminin seçim ərəfəsində dediyi "Mükafatı qazansam, onu Aygün Kazımovaya verəcəm” sözlərini xatırladıb. Onun fikirlərinə əsəbiləşən Tolik R.Zərgərlini qınayıb:

"Roza da öldürdü bu sürprizləri ilə. "Maşın"ın qalibi oldu, onu kiməsə verdi. Roza, məgər Aygün Kazımova 30 ilin bu səhnəyə həsr etdi ki, sən qalib gəlib nominasiyanı ona verəsən? Onda Aygün Kazımova gərək səhnədən gedəydi.

Birincisi onu Aygün xanım heç vaxt qəbul etməzdi. Aygün Kazımova o qədər özünə arxayın idi ki, bilirdi, 7 yox, 70 namizəd də olsa, qalib olacaq".