"Toya hazırlıq, evlənirəm..." - Nigar Camal

"Toya hazırlıq, evlənirəm..." -  Nigar Camal
4484 dəfə oxunub
  • A-
  • A
  • A+
"Eurovision 2011" qalibi Nigar Camal ötən gün gəlinlik libasında paylaşdığı fotosu ilə səs-küy yaradıb.

Axşam.az-ın məlumatına görə, müğənni şəklə "Toya hazırlıq... Evlənirəm... Sevirəm səni" şərhini yazıb.

Onun bu paylaşımı sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilərinin bir çoxu isə Nigara xoşbəxtlik arzulayaraq, onun bu zarafatına inanıblar.

Əslində isə Nigar "ATV maqazin onlarla" verilişinin Yeni il çəkilişi üçün kamera qarşısına gəlinlik libasında keçib.