Efirdə ağlayaraq ayrıldıqlarını demişdilər..

Efirdə ağlayaraq ayrıldıqlarını demişdilər..
2241 dəfə oxunub
  • A-
  • A
  • A+
Aşıqlar Əli Tapdıqoğlu və Samirə Əliyeva bir müddət əvvəl duet ortaqlığına son qoyduqlarını deyib.

Axşam.az-ın məlumatına görə, "Şou ATV" verilişinə çıxan ifaçılar artıq tədbirlərə tək gedəcəklərini deyib, göz yaşlarını saxlaya bilməyiblər. Amma onların efirdəki açıqlaması elə oradaca qalıb.

Samirə ilə Əli ondan sonra da bütün çəkilişlərə birlikdə gedib, duet oxuyublar. Hətta ötən gün duet ortaqları elə birlikdə Nanə Ağamalıyevanın "Şou ATV" verilişinə qatılıblar. Birlikdə duetlər səsləndirən aşıqlar yenilikləri olacaqlarını söyləyiblər.