2018-ci ildə övladı olan məşhurlarımız - Siyahı

2018-ci ildə övladı olan məşhurlarımız -  Siyahı
2865 dəfə oxunub
  • A-
  • A
  • A+

Geridə qoyduğumuz 2018-ci il şou-biznesdə bir çox hadisələrlə yadda qalıb. Bu il ailə quranlar, konsert verənlər, klip çəkdirənlər az olmadı. Eyni zamanda da valideyn statusu qazananlar az olmayıb.

Axşam.az 2018-ci ildə övlad sahibi olan məşhurların siyahısını təqdim edir:

Aktyor İlkin Həsəni və Aysel cütlüyünün qızı Alisa dünyaya gəlib. Körpə martın 18-də doğulub.



Meyxanaçı Vasif Əzimovun üç gün əvvəl qızı dünyaya gəlib. İfaçı bu ilin martında ailə qurub. 



Aktyor Elşən Orucov və İlahə cütlüyünün isə dünən qızı doğulub. Onların da toyu martda baş tutub.



Əməkdar artist Babək Niftəliyev ötən ay üçüncü dəfə oğul atası olub.



Rəqqasə Oksana Rəsulova da bu il ana olan məşhurlandandır. O, övladına Osman adını qoyub.



Müğənni Rəqsanə İsmayılovanın oktyabrda əkiz övladları dünyaya gəlib. İfaçı oğluna Muhammed, qızına Mehrimah adını qoyub.

Aparıcı Aytən Səfərova üçüncü dəfə ana olub. Aparıcının hazırda bir qızı, iki oğlu var.



Müğənni Elvin Abdullayevin ikinci dəfə oğlu dünyaya gəlib. O, övladına Səid adını verib. Afət adlı xanımla ailə quran Elvinin Tuncay adlı bir oğlu da var.



Bu il övladı dünyaya gələn məşhurlardan biri də müğənni Rilaya Hüseynzadədir.



Aparıcı Samirə Rəhimova isə ikinci dəfə oğul anası olub. O, psixoloq Kənan Rəhimovla evlidir.
 


Nərmin adlı xanımla ailə quran müğənni Xəyyam Nisanovun isə bu ilin iyulunda qızı doğulub.



Müğənni Vaqif Nağıyevin də oğlu dünyaya gəlib. O, övladına Alan adını qoyub. Vaqif Elmira adlı xanımla ailəlidir.



Aparıcı Rəşad Mehdili də bu il ikinci dəfə ata olub. O, oğluna Ranel adını verib. Aparıcının Elina adlı bir qız övladı da var.



Aktyor-aparıcı İlham Qasımovun iyulda ikinci övladı doğulub. İ.Qasımov Ayla adlı xanımla ailəlidir.

“Neftçi”nin kapitanı Ruslan Abışov avqustda ata olub. Nərgiz adlı xanımla evil olan Ruslanın qızı dünyaya gəlib.